Azərbaycan Cüdo Federasiyasının prezidenti Mingəçevirdə cüdo idman klubuna baxış keçirib .



Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində yerləşən “Qədiroğlu cüdo klubu”-na baxış keçiriblər.
Klubun rəhbəri Ayaz Ümüdəliyev məlumat verib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 500 m2 təşkil edir. 
Fiziki hazırlıq zalı məşqlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Klubda valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin olunub. 
Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.

Oxunub: 109
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az