Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər.
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Mənə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: "Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar". Onlar tez ruhdan dusur. Hələlik, bu qədər. Ancaq tiplərlə tanış olub, nəticə çıxarmağa tələsməyin. Əvvəla psixoloqların "Yer üzündə yalnız bir tipin xüsusiyyətlərini özündə cəmləşdirən insan yoxdur" fikrini unutmayın. Sadəcə, hansı tipinsə xüsusiyyətləri daha qabarıq və nəzərəçarpandır. Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq. "Heç bir tipi nə yaxşı, nə də pis adlandırmaq olar". Hər bir tipin müsbət və mənfi tərəfləri var. Və hər bir insanın özünü daha yaxından tanımaq, ən əsası, tərbiyə etmək üçün temperamet tipləri ilə tanış olması vacibdir. Psixoloqların fikrincə, şəxsiyyətin kamilliyi ilk növbədə onun özünü yaxından tanımasında qərarlaşır. İnsan özünü nə qədər yaxından və yaxşı tanıyarsa, bir o qədər mətin, məğlubedilməz və böyükdür. Təbii ki, bu tanışlıq kifayət deyil, özünüzü islah eləməyi də bacarın. Göründüyü kimi, temperament bizlərə nə qədər maraqlı görünsə də, əslində, o, heç nəyi həll eləmək iqtidarında deyil. İnsanın səviyyəsini onun maraq dairəsi, dünyagörüşü, mənəvi dəyərləri müəyyənləşdirir.