Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elnur Eldar oğlu Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olan Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün Tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib və bu döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Elnur Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Oxunub: 206