25-dən 26-na keçən gecə ermənilərin törətdiyi vəhşiliyə məruz qalan, 3 şəhid vermiş Xocalı ailəsini ziyarət etmişdir.
Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü elan edilmişdir. Bu münasibətlə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustanda yaşayan,1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi vəhşiliyə məruz qalan, 3 şəhid vermiş Xocalı ailəsini ziyarət etmişdir. Məmmədovlar ailəsi Xocalı soyqırımının canlı şahidlərindən biridir. Görüş zamanı ailə üzvü Mürvət Məmmədov gördüyü hadisələrdən, ermənilərin qandonduran cinayətlərindən, vəhşiliklərindən bəhs etmişdir.
Oxunub: 49