"Danqabaş" nədir?




"Danqabaş" nədir?
   "Danqa" inəyin aşıq sümüyünə deyirlər. Qoca və ya arıq inəklərdə daha yaxşı görsənə bilir.
    Məcazi mənada "dikbaşlıq etmək, başından böyük hərəkətlər etmək "kimi işlədilir...
"Danqaz" sözü də ordandır.
Lül-qəmbər nədir?
   İnsanlar içki içib sərxoş olduqda bu ifadəni işlədirik. Bəs "lül qəmbər" nə deməkdir?     
       Qəmbər sözü bəzi bölgələrimizdə işlənir və mənası "daş" deməkdir. 
 Burada əsas məsələ "lül" sözüdür. "Lül" fars dilində öz yerində fırlanmağa deyilir. Əsasən, ilanın öz yerində dairə şəklində fırlanıb - qıvrılması, süfrə qurdlarının yuvalarında və ya leşin üzərində dairəyə bənzər şəkildə hərəkəti deməkdir.      
     Qurd və ilanlar uzun və boruya bənzər görünüşləri olur. 
 Çox güman ki, insanın içib daşa dönməsi, öz yerində sərxoş vəziyyətdə gicəllənib qıvrılması anlamında məcazlaşdırılıb.
    Həmin sözə yaxın "Lülə" sözü də işlədirik ki, bu sözü içi boş, uzunsov və dairəvi şeylərə deyirik. 
   Məsələn, lülə-kabab, çaydan lüləsi, boğazında uzunboğaz tükü olmayan beçələrə "lülə beçələr" deyirik.
"Xoruzu qoltuğuna vermək"
     Bu ifadə elçiliklə bağlı yaranmışdır. Əvvəllər elçiliyə gedərkən özləri ilə xoruz, şirniyyat, qənd aparardılar. Elçiləri qarşılayan qız evi bu şeyləri evində saxlayar, lakin əl vurmazdılar. Bu sınaq müddəti adlanırdı. Həmin müddət ərzində qız evi də oğlan haqqında məlumat toplayar və qohumlar ilə məsləhətləşərdi. 
     Qiz evi razı olurdusa, elçiləri dəvət edib xoruzu kəsib,bişirib süfrəyə gətirib elçilərlə birlikdə yeyirdilər. Razılıq olmayanda isə heç xoruzun ayaqlarını da açmayıb gələn elçilərlə qaytarırdılar.
Maraqlananlar soruşanda qız evinin cavabı belə olardı: "Xoruzlarını verdik qoltuqlarına"...

Azərbaycan dili və ədəbiyyatdan maraqlı məlumatlar.

Oxunub: 160
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az