Azərbaycanın tanınmış oftalmoloqu Tural Qəlbinur 16-19 avqust 2024-cü il tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək Beynəlxalq Oftalmologiya Şurasının (ICO) 39-cu Ümumdünya Oftalmologiya Konqresinə (WOC2024) iştirak etmişdir. Bu Azərbaycan səhiyyəsi üçün böyük bir uğurdur. Belə bir mötəbər tədbirlərdə iştirak edib və məruzə ilə çıxış etməyi Azərbaycan tibbinin inkişaf etməyi deməkdir. Tural doktorun dediklərindən:
- Bu beynəlxalq konfrans dünyanın nüfuzlu oftalmoloqlarını bir yerə yığmışdır. Ora dəvət almaq və o konfransda çıxış etmək böyük məsuliyyət tələbə edir. Fəxrlə deyə bilərəm ki, ölkəmi orada layiqincə təmsil etdim.
Konfrans barəsində bunu demək olar ki, Vankuverin mərkəzindəki bütün əsas ziyarətçilərə rahat giriş təklif edilmişdir.
WOC2024 dünya oftalmologiya ictimaiyyətini və onlarla işləyənləri görmə qabiliyyətinin gələcəyini formalaşdırmaq üçün hazırlanmış unikal immersiv öyrənmə təcrübəsi üçün bir daha bir araya gətirmişdir. İştirakçılar oftalmologiyada ən son tədqiqat və tendensiyalardan xəbərdar olmaq üçün bütün gözə qulluq alt ixtisaslarından ibarət WOC2024 elmi proqramından faydalanmışdırlar.
Sonda da dostumiz Tural doktora belə bir mötəbər konfranslarda uğurlar arzu edirik.
Oxunub: 170