Şamaxı zəlzələsindəki dağıntılar arasından son anda xilas olan Əhməd və ya Mirzə Ələkbər Sabirin son dəqiqələri...

 


Şamaxı zəlzələsindəki dağıntılar arasından son anda xilas olan Əhməd və ya Mirzə Ələkbər Sabirin son dəqiqələri...
      Əhməd bəy Axalkələkdə doğulsa da, anası xəstə olduğundan dayısının himayəsində yaşayıb. Dayısı da kim olsa yaxşıdır? “Molla Nəsrəddin” dərgisinin qurucularından olan Ömər Faiq Nemanzadə...
       Faiq əfəndi həyatının bəlli dövrlərində Şamaxıda və Tiflisdə yaşadığından, balaca Əhmədi də özüylə bu şəhərlərə aparıb. Hətta məşhur Şamaxı zəlzələsi baş verəndə (1902-ci il) ailə həmin şəhərdə olub. Yaşadıqları ikimərtəbəli ev uçub, Faiq Əfəndi özü yaralanıb. Həyat yoldaşı uçuqların altından canını güclə qurtarıb. Ömər Faiq sonralar yazdığı xatirələrində həmin günü belə təsvir edir: “Yoldaşım özündən başqa evimizin divarı altında qalıb ölüm halına düşən bacım oğlu Əhməd Pepinovu daşların altından çox çətinliklə çıxarıb qurtarmışdı”. Tiflisdə “Molla Nəsrəddin” dərgisinin nəşr olunduğu binanın birinci mərtəbəsində “Qeyrət” mətbəəsi yerləşib, ikinci mərtəbədə isə Cəlil Məmmədquluzadə ilə Ömər Faiq yaşayıblar. Mirzə Cəlil gənc Əhmədə o vaxtlar ağır xəstə olan böyük şair Sabirə qayğı göstərməyi xahiş edib. Sabir Əhməd bəyin gözü qarşısında, onun qollan arasında canını tapşırıb...
      Xatırladım ki, Əhməd Pepinov və dayısı Ömər Faiq Nemanzadə 1937 - ci ilin repressiyalarına məruz qalmış və həbs edilərək güllələnmişlər.

Məcid Rəşadətoğlu.

Oxunub: 96
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az