Joe Dispenza "Təhtəlşüurun gücü" kitabı.




Joe Dispenza "Təhtəlşüurun gücü" kitabı.
   20 ildən artıq neyrofizologiya sahəsində on minlərlə pasientlə işləyən müəllif,Kvant fizikasına əsaslanaraq insanın şüuraltının gücü ilə öz həyatını dəyişib yenidən proqramlaşdırmaq qabiliyyətinə malik olduğunu və bunun praktiki addımlarını izah edir, göstərir...
✓ Dəyişmək istəyirsənsə ilk olaraq düşüncələrindən başla
✓  Bilməyin azdır,gərək bildiklərindən yetərincə yararlanasan
✓ Sənin sağlam,varlı və xoşbəxt olmağın sənin beyninin,düşüncələrinin sağlam olmağından asılıdır
✓ Həyatında yeni səhifəyə başlamaq istəyirsənsə keçmişi-əvvəlki özünü yadırğamalısan
✓ Hər gün vərdiş etdiyiniz cığırı dəyişin,ordan çıxmağı bacarın,bu həm də sənin bir seçimindir
✓ Təkrar etmək beyində neyron zəncirlərini möhkəmləndirir 
✓ Diqqətimizin istiqaməti ilə enerjimizin istiqaməti üst-üstə düşür 
✓ Fikir və qərarlarımız həyatımızı formalaşdırır 
✓ İnsan öz düşüncəsinin gücü ilə öz beynini, cismini,hətta genlərini belə dəyişməyə qadirdir 
✓ Meditasiya ilə həyatınızı dəyişə bilərsiniz 
✓ İnsan idrakın köməyi ilə özünün yeni reallığını yarada bilir 
✓ Yenisini yaratmaq iqtidarında olub reallıqla barışmaq axmaqlıqdır
✓ Mən düşünürəmsə,deməli mövcudam(Reni Dekart)
✓ Bütün maddi kainatın ibarət olduğu subatom səviyyəsində enerji özünə olan diqqətə reaksiya verir və maddiləşir (əks halda patensial şəkildə , dalğa halında olurlar) 
✓ Kvant fizikası sayəsində gündəlik xəyal və diqqət məşqləriylə siz özünüzün ideal versiyasına yaxınlaşacaqsınız
✓ Biz başqa adamlara nə isə edəndə eyni vaxtda onu özümüzə də etmiş oluruq 
✓ Düşüncə və hislər birbaşa DNT-yə təsir göstərir 
✓ Müsbət emosiyalar bizdə sağlamlıq, mənfi emosiyalar isə müxtəlif xəstəliklər yaradırlar
✓ Kvant sahəsi düşüncə və emosiyalar bir biri ilə uzaqlaşıb eyni siqnalı ötürən halda sənə hay verir 
✓ Potensial hadisələrin hamısı Kvant sahəsində sonsuz imkanlar şəklində mövcüddür
✓ Düşüncə beynin,hiss isə bədənimizin dilidir. Bunların vəhdəti bizi yaradır 
✓ Naməlum,tamamilə yeni gələcək qutub-yaratmağa can atın
✓ Özünüzü arzularınıza çatmış kimi hiss edərək,öncədən minnətdar olun
✓ Kvant fizikası hissiyatsızdır və sırf fiziki qanunlarla işləyir 
✓ Heç nəyə qərq olmaqla,heç kimə çevrilməklə və zamansızlığa baş vurmaqla biz sırf şüur, enerji halımıza Kvant sahəsinə "girə" bilərik
✓  Dəyişib ideal Məninizə çevrilməniz üçün xarici mühitə,cisminizə və zamana üstün gəlmək lazımdır
✓ Əksər insanların beyni əzbərlənmiş proqramlara uyğun davranır, sonra bu keçmişin davranışı yenidən keçmiş kimi bir gələcək yaradır,bu dələ çarxından qurtulun
✓ Biz öz həyatımızı dəyişmək üçün təfəkkür və davranış tərzimizi,mövcüdiyyət halımızı  dəyişməli özümüzü yeni cür hiss etməyə başlamalıyıq 
✓ İstənilən səriştə belə formalaşır:
 -informasiyanın mənimsənilməsi 
 -praktiki təcrübə
 -diqqətin fokslanması
 -təkrarlama
✓ Biz idrakımızı dəyişməklə beynimiz dəyişir,beynimiz dəyişdikcə də idrakımız dəyişir 
✓ Arzu və xəyallarınızı nə qədər aydın və detallı təsəvvür edirsinizsə onun reallaşması bir o qədər də asan olacaq
✓ Bizdə yeni fikir meydana gələndə, beyində biokimyəvi reaksiya baş verir və yeni neyronlar yaranır 
✓ Əvvəlcə hisslərimiz düşüncələrimizə, sonra düşüncələrimiz hisslərimizə uyğunlaşır 
✓ Nə qədər ki,hisslərimiz düşüncələrimizi yaradır bizim inkişaf etməyiniz mümkün deyil! Bu alqoritmi dəyişib düşüncə və İDRAKI önə çıxarmalıyıq 
✓ 35 yaş üzərində olan insanların davranışlarının 95%-i avtomatik formada-yəni şüursuz,vərdiş olunmuş qaydada, yalnız 5%-i idrakın köməyi ilə,şüurlu surətədə baş verir( bu dəhşətdi,sanki nökər şahın yerinə qərar vermiş olur!)
✓ Pozetiv düşünmək-təhtəlşüurda neqativ proqramlara üstün gəlməyə kifayət deyil 
✓ Əzbərləmiş hisslər bizi keçmişi təkrarlamağa məhkum edir 
✓ Bütün xəstəliklərin yalnız 5%-i genetik patologiyaya bağlı olduğu halda,qalan 95% həyat tərzinin, xroniki stressin və ətraf mühitin ziyanverici təsiri ilə bağlıdır 
 ✓ Epegenetika-gen aktivliyinə xarici mühitin təsirini öyrənir. Biz genlərə öz gələcəyimizi yenidən yazmaq siqnalını verməklə genlər aktivləşir və orqanizmdə uyğun zülal növləri sintez edirlər. Və canlı dəyişilir...(təkamül)
✓ Ağlın yüksək əhval-ruhiyyəsi "sağlam" genlərin aktivləşməsini stimullaşdıra bilir və ya əksinə 
✓ Stressin təsiri altında insan saçlarının bir gecədə ağarması düşüncənin genlərə birbaşa təsirinə ən bariz misaldır 
✓ Eksperiment yolu ilə heç bir fiziki məşq etmədən,ancaq xəyali məşqlərin sayəsində insan əzələ gücünü 22% artıra bilməsi sübut edilmişdir 
✓ Təhtəlşüur əsasən orqanizmin bioloji funksiyalarının yerinə yetirilməsinə cavabdehdir. Şüurlu davranışları onun ixtiyarına vermək düzgün deyil 
✓ Düşüncələr çevrilib hadisə olanda emosiyalar meydana çıxır 
✓ Elə yaşayın ki,arzuladığınız gələcək sanki artıq gəlib və buna görə minnətdarlıq hissi keçirirsiniz
✓ Stress və əsəb keçirdiyiniz zaman heç vaxt yaşamadığınız,lakin arzuladığınız emosional hadisələr haqqında inadkarlıqla düşünün
✓ Stress-orqanizmin sağ qalma rejimidir. Uzunmüddətli stress vəziyyəti bizi dağıdır. Çünki heç bir orqanizm uzun müddət stress vəziyyətində yaşamağa hesablabmayıb
✓ Stress vəziyyəti olan "vur ya da qaç" mexanizmi orqanizm üçün çox zəruri olan həyat enerjisini yandırır və bu da digər tərəfdən immun, həzm və digər sistemlərə çox ciddi zərər verir 
✓ Biz diqqətimizi nəyə yönəldiriksə o da bizim rellığımıza çevrilir 
✓ Əgər düşüncə bizi xəstələndirə bilirsə,demək ki bizi sağalda da bilər və bilir də...
✓ Beynin alın hissəsi(yaradıcılıq mərkəzi) təkamülün ən sonrakı mərhələsində təşəkkül tapmışdır və beynin ən adaptiv payıdır 
✓ Yeni Məninizi yaratmaq üçün əvvəlki özündən imtina etmək lazımdır və bu da fəal müşahidə aparmaqla mümkündür (Metaqavrama)
✓ Siz Yeni həyatın fikrən,xəyalən məşqlərini edəndə beyninizdə yeni neyron əlaqələri yaratmağa başlayırsınız və təhtəlşüur proqramını yenidən yazırsınız
✓ İnsan əgər xarici mühitə,öz cisminə və zamana üstün gəlməyə müvəffəq olarsa - beynini və cismini dəyişmək qabiliyyətinə malik olar 
✓ Əgər biz əzab çəkməyə vərdiş etmişiksə,eyni məntiqlə sevinc içində yaşamağa da vərdiş edə bilərik 
✓ Düşüncələr idrakınız,emosiyalar isə cisminiz üçündür 
✓ Kvant sahəsi ancaq indiki zamana aktiv qoşulanlar üçün açıqdır, keçmiş və gələcək zamanda olanlar bu sahəyə daxil ola bilməzlər 
✓ Bir özümüzü komfort zonadan itələyib çıxartmalı bacarmalıyıq
✓ Enerjinin saxlanması qanunu: enerjini yaratmaq və ya məhv etmək mümkün deyil,onu yalnız transformasiya etmək olar 
✓ -Kim olmaq istəyirsən?
    -Kim olmaq istəmirsən?...
✓ Əgər məqsədiniz xoşbəxt adam olmaqdırsa,onda ilk növbədə hislərinizi dəyişib bədbəxt olmağa son qoymalısınız
✓ Meditasiya tibet dilində qavramaq deməkdir. Səhər meditasiyasında özünüdərk yolu ilə real Məninizi yenidən proqramlaşdırıb ideal,daha kamil Versiyanızı yaradın(bunu təkrar etməklə)
✓ Yeni idrakın yaradılması bağ salmaq kimidir. Siz ilk öncə yeri təmizləməli,hazırlamalı,sonra isə orda istədiyiniz ağacları əkib bağ salmalısınız. Bundan sonra mütəmadi olaraq o bağa vaxtaşırı qulluq göstərməli,onu ziyanverici amillərdən,alaq otlarından qorumalısınız(beyni zərərli hisslərdən təmizlənməli,yeni ideal şəxsiyyəti yaradıb və onu daim öyrənməklə bəsləyərək, zərərli düşüncələrin orda kök salmasına imkan verməməliyik)
✓ Bizim beynimizin şüalanma tezliyi azalanda-yarıyuxulu vəziyyətində olanda(teta və delta dalğaları)biz təhtəlşüurun dərinliyinə qərq ola bilirik. Meditasiya vasitəsilə bu vəziyyəti yaradıb idrakımızı yenidən proqramlaşdırmaq mümkündür 
✓ Beyin gərgin olanda, beyin dalğaları yüksək tezliklə çalışanda biz təhtəlşüurdan uzaqlaşırıq və bu xroniki hal alanda beyinimizin funksiyalarında ciddi pozuntular baş verir( uzun müddət betta və qamma şüalanması zamanı)
✓ Yalnız indiki zaman bizimdir. 
Düşüncələrimiz keçmişdə və ya gələcəkdə olanda biz stress vəziyyətində-sağ qalmaq vəziyyətdə oluruq deyə mövcud anı yaşayıb dəyərləndirə bilmirik, yaradıcılıq halından uzaqlaşırıq 
✓ Uşaqları 95% təhtəlşüur,5% isə şüur idarə edir. Böyükləri isə 95% şüur(bədən) və yalnız 5%-i təhtəlşüur idarə edir. Ona görə də uşaqlar böyüklərlə müqayisədə daha çox yaradıcı və kreativdirlər
✓ Meditasiya üçün ən uyğun vaxt səhərlər yuxudan tam oyanmamış və axşam yatmazdan öncə yarıyuxulu vəziyyətlərdir
✓ Biz beynimizi və cisminizi "burda və indi"rejiminə keçirəndə, xəyal etdiyimiz gələcəyi düşünəndə stressi dərhal ləğv etmiş oluruq 
✓ Sizə əziyyət verən emosionı məqsədli şəkildə təkrar yaşayıb hiss edərək ondan qurtulun
✓ Nifrət və qəzzəb ilk növbədə sizin özünüzə zərər vurur 
✓ Problemlərinizi və neqativ emosiyalarınızı Ali  idraka(allaha) ötürməklə onlardan yaxa qurtarın
✓ Əgər siz sevinc içindəsinizsə demək ki,arzuladığınız gələcəyi real olaraq yaşayırsınız
✓ Yadırğamaq istədiyiniz emosiyaların siyahısını yazın
✓ Sizin yeni həyatınızın əsas həlledici şərti davamlı məşqlərlə daima şüurlu nəzarətin saxlanılmasıdır 
✓ Sizdən asılı olmayan avtomatik reaksiyalardan çəkinin
✓ Sağ qalmaq emosiyaları(stress)daim eyni genləri aktivləşdirməklə və orqanizmi dağıtmaqla hüceyrələrə məhvedici təsir göstərir 
✓ Təkrar-neyron əlaqələrini möhkəmləndirir və yeni genləri aktivləşdirir
✓ Siz yeni ideal Məninizi hiss eliyənə qədər(emosiyalar yarananadək)məşq eliyin
✓ Həyatda şikayət etməyi birmənalı olaraq buraxın, məsuliyyəti öz üzərinə götürün
✓ Siz meditasiyanın gedişində energetik səviyyəni gün ərzində saxlayırsınızsa tezliklə həyatınızda mütləq yeni dəyişikliklər baş verəcək 
✓ Ali idrakla vəhdətə girib onunla bütövləşin,Tanrı kimi olun...
✓ Özünüzü əzbərlənmiş emosiyalardan təmizləyin
✓ Siz indiki zamana köklənəndə hüdudsuz imkanlar dünyasına düşürsünüz...
✓ Neqativ emosiyalar sizi yaxalayanda dərhal "Dəyişirəm" deyib yeni Məninizə qayıdın 
✓ Düşüncələrinizi hiss səviyyəsinə çatdırıb tamamilə ona qərq olun
✓ Yeni hal yeni şəxsiyyət,yeni şəxsiyyət yeni fərdi reallıqlar yaradır...

Oxunub: 197
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az