Bu gün Əməkdar mədəniyyət işçisi Yavər Cəbrayılovun anadan olmasının 76-cı ili tamam olur.
Yavər Cəbrayılov 1948-ci ilin avqustun 14-də Neftçalada anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib. 1971-1972-ci illərdə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Uzun müddət mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışıb, Salyan Rayon Mədəniyyət Şöbəsinin müdiri olub, Salyan Dövlət Kukla Teatrının direktoru işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Y.Cəbrayılov Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində “Cəngi” milli nəfəsli xalq kollektivinin yaradılmasında da yaxından iştirak edib. O, eyni zamanda bölgənin musiqi və folklor mühitinin təbliğinə töhfələr verib. Yavər Cəbrayılov Əməkdar mədəniyyət işçisi fəxri adına, “Tərəqqi” medalına layiq görülüb.
Yavər Cəbrayılov 2023-cü ildə vəfat edib.
Oxunub: 88