88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın təbliğat- təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Ovculu və Bağırlı kənd sakinləri ilə olub.
Görüş zamanı Tamam Cəfərova Azərbaycanın dünyada baş verən bütün çətin və mürəkkəb proseslərə, siyasi- iqtisadi katakilizmlərə baxmayaraq, sürətlə inkişaf etdiyini, müasir çağırışlara cavab verən, regional güc mərkəzinə çevrilmiş, şərtləri diktə edən, güclü, qüdrətli dövlət olduğunu xüsusilə vurğulayıb.
Bunun əyani sübutunu Şamaxı rayonunun hər gün çiçəklənən, dəyişən simasında görməyin mümkün olduğunu deyib. Tamam Cəfərova xüsusilə qeyd edib ki, Şamaxı rayonu cənab Prezident İlham Əliyev və Birinci xanım Mehirban Əliyevanın diqqət və qayğısı nəticəsində günü-gündən daha da inkişaf edir.
Oxunub: 75