Asif Şirəliyev: Paris-2024-də iştirak edəcək hakimlərin siyahısında yer almağım qürurvericidir



Paris-2024-də iştirak edəcək hakimlərin siyahısında yer almağım qürurvericidir. Bunu "Report"a açıqlamasında Azərbaycanın güləş hakimi Asif Şirəliyev deyib. Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarına təyinat alan referi buna görə sevincli olduğunu bildirib: "Paris-2024 Yay Olimpiya Oyunları hakimlərinin sırasında mənim də adımın olması çox qürururverici hadisədir. Buna görə çox sevincliyəm. Azərbaycanı ən yaxşı hakim kimi Fransada layiqincə təmsil etməyə çalışacağam. Ardıcıl ikinci dəfə olimpiadaya dəvət almağım sevindirici olmaqla yanaşı, çox məsuliyyətli bir işdir. Bu işdə mənə güvənən və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm". Qeyd edək ki, bu, A.Şirəliyevin ilk olimpiada təcrübəsi deyil. 43 yaşlı ədalət təmsilçisi Tokio-2020-də də hakim qismində iştirak edib.

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb. Oxu.Az xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.  I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib. Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb. İdman.biz xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq. I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib. Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq. İdman.biz

Oxunub: 180
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az