
Alxas Məmmədov.
Dünən, yaman yorulmuş vəziyyətdə divanda oturumuşdum. Yuxu məni apardı.
Yuxuda Şamaxı 1984 ci il.....
Sinifdə oturub rus dili müəlliməsinin dərsinə qulaq asırdım. Məndən sağda oturan dığa balası Aşot mənə tərəf dönərkən dedi ki:
-Axşam gələcəm məhləyə bir çay içərik. Dərdləşərik.
-Ay, dığa sən hara gəlirsən. Biz düşmənik. Xocalıya görə, şəhidlərə görə səni öldürərlər burda.
Sən, Allah zibilə salma məni.
Aşot üzümə gülərək dedi ki:
-Nə, məni öldürərlər ? Kim ?
Ara, mən öz qohumlarımın yanına gəlirəm. Səndəndə imkanlı, sizlərdəndə hörmətlidilər. Ay axmağ türk, nə nazdanırsan ?
Bərkə, qohumlara sənidə tapşırdım. Bir gündə ağlayarlar sənin üçün.
Yuxuda yaman hirsləndim. Neçə yəni bu gəlir ? Kimə gəlir ? Bəs bu qədər Şəhid var. Bunlar nə üçün vuruşub ? Bəs o, analar ? Bəs sabah mən oğluma neçə deyim ki, a, bala ged Qarabağda vuruş ?
Əstəfurulla, bu nədi ?
Ayə, yuxudada belə şey olar.
Yuxudan, diskinib durdum. Birdə bir- iki hörmətsiz həmvətənlərimiz var. Onlar deyirlər ki:
- Erməni bizə düşmən deyil. Gəlin dost olaq.
Birdə, gördüm ki, Aşot ekrandan mənə baxıb gülümsəyib, deyir ki:
-Ara Türk, məsəb haqqı biz gəlirik.