Utandım.




Utandım. 
Yaxın Qarabağ qaziləri ilə çay süfrəsində oturmuşdum. Tovuz səfərimizi müzakirə edirdik. Sosial şəbəkədə bir gündə çədiyimiz video görüntüyə 8 min baxış olmuşdur. Qazilərdən Gəray, Sübhan, Qahir Tovuz səfərimiz barəsində öz fikirlərini deyirdilər. Çox sevindirici haldırki bu səfər Azərbaycana səs saldı. Birdən gözüm yolun qırağında əlində çəlik olan bir yaşlı kişiyə sataşdı. Kişinin yerişində bir yorğunluq və qəzəb hiss etdim. Kişi harasa tələsirdi. Hiss olunurduki qəzəblidir və bizim cəmiyyətimizdən inciyib. Sübhan mənim baxışlarımı tutaraq mənə dedi:
- Bilirsən bu kimdir Alxas? 
- Yox, qardaşım. 
- Bu  Şamaxı Əliheydər Qarayev küçəsində yaşayan Məmmədov Əli Hacı oğludur. O, Qarabağ veteranıdır. Qarabağ savaşı başlayandan orada vuruşub. Sübhanın bu sözlərindən sonra öz-özümdə utandım. Nə hiss etdimsə özümdə qaldı.... 
Hörmətli aidiyyatı olan orqanlar, belə insanlar cəmiyyətimizdə az qalıblar. Bu insanların hesabına görə biz bu torpaqda gəzirik. Siz bu gün səlahiyyət sahibisiniz. Sizdən xahiş edirəmki belə bir Qarabağ döyüşçülərinin qədrini bilin və ən azı ayda bir dəfə onları yoxlayın
Hörmətlə: qəmli Alxas Məmmədov

Oxunub: 119
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az