Azərbaycanda Aİ-92 benzinin və dizlein qiymətləri qalxıb, Aİ-95 benzinin qiymətləri isə aşağı salınır.
Azərbaycanda Aİ-92 benzinin və dizlein qiymətləri qalxıb, Aİ-95 benzinin qiymətləri isə aşağı salınır. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.Ayın 15-dən etibarən Aİ-95 benzininin qiyməti 1,60 manata aşağı salınacaq. Həmçinin bu gündən etibarən metro və şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi 0,40 manatdan 0,50 manata qalxıb. Bakı-Sumqayıt avtobuslarında gediş haqqı 70 qəpik olub.
Oxunub: 118