Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır.



Nahid Sibili 1992-ci ildə Şamaxı şəhərində dünyaya gəlib. 1999-cu ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsi şəhid Anar Babaşov adına tam orta məktəbə qəbul olunub və 2010-cu ildə həmin məktəbi bitirib.
2007-ci ildə rayon peşə məktəbində kompüterin texniki servisi və proqram təminatı peşəsi üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialinda kredit şöbəsinin baş operatoru vəzifəsində işləyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsi tərəfindən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilib. Xidməti dövründə özünü nümunəvi əsgər kimi gəstərib.
Əsgəri xidmətdən sonra ilk iş yeri "Avromed" MMC-də informasiya texnologiyaları şöbəsində aparcı mütəxəssis kimi fəaliyyəti olub.
2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyində müvafiq kursu bitirdikdən sonra insan resursları departamenti tərəfindən Şamaxı rayon xidmət sahəsində işləyir. 

- Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin kokslaşdırılması", 1993-cü ildə "Katalitik Krekinq" qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.

Oxunub: 164
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az