Skafandrlar
Skafandrlar kosmosda geyinilən paltardan daha çox kiçik kosmik gəmiyə bənzəyir, çünki onlar neylon, alüminium və neopren kimi müxtəlif materiallardan ibarət 14 qat parçadan hazırlanır. İlk üç təbəqə (içəridən xaricə) temperaturun tənzimlənməsinə xidmət edir, dördüncü təbəqə isə paltarın daxili təzyiqini saxlayır.
Skafandr sizi açlq kosmosda təxminən 8 saat müddətinə -185°C soyuqdan və 150°C istidən qoruya bilir. Kosmik kostyumlarda həyati dəstək sistemlərindən əlavə - pampers və xüsusi burun qaşıyan düymə də var.
Skafandrların çəkisi yerdə 120-140 kq arasında dəyişə bilər. Yer səthində bu ağırlığa dözmək çətin olsa da orbitdə bu hiss edilmir.
Funksiya və istifadə məkanlarından aslı olaraq skafandrların hazırlanma qiymətləri 12 - 250 milyon dollar arasında dəyişə bilər.
Günəş şüalarını əks etdirmək və həddindən artıq istiləşmənin qarşısını almaq üçün skafandr adətən ağ rəngdə hazırlanır.
Əlcəklər, dəbilqə və üzlüklə birlikdə skafandr astronavtları kosmik mikrometeoroidlərdən, günəş radiasiyasından, infraqırmızı radiasiyadan, temperatur və təzyiqin dəyişməsindən və oksigen çatışmazlığından qoruyur.
Kosmik tozlar ilk baxışdan çox təhlükəli görünməsə də, kiçik bir cisimin güllədən daha sürətli hərəkət etməsi sizin yaralanmagınıza səbəb ola bilər.
Skafandrların arxasında "Primary Life Support Alt System" adlı bir bel çantası var. Çantada astronavtların kosmosda gəzərkən nəfəs aldıqları oksigen və içəridəki karbon qazını bayıra çıxaran qurğu və kostyumun elektriklə təmin edən cihaz yerləşdirilib. Əlavə olaraq burada həyat dəstək sistemlərində oksigeni hərəkət etdirən ventilyator da mövcuddur.
Adətən skafandrların arxasına bir neçə kiçik itələyici motor da yerləşdirilir. Əgər hər hansı bir səbəbdən astronavt kosmik stansiyasından uzaqlaşarsa, geri uçmaq üçün bu motorlardan istifadə edə bilər.
Oxunub: 204