Yeni bir təcnis... Havada







Yeni bir təcnis...
Havada
Bəxt ulduzum yola verir gündüzü,
Mən yerdəyəm, o, uzaqda, havada.
Dağ bilirmi, yandırmaqda gün düzü?
Eyni vaxtda, hərəsi bir havada.
Üst-üstədir sinədəki dağımız,
Tüstülədik, uzun çəkdi dağımız.
Bizimdirmi yamacımız, dağımız?
Tanrınındır su da, yer də, hava da.
Azacaqmı, ha yalvarsam, agrım, az,
Tablaşıram, görən deyir, ağrım az.
Dağlaroğlu, ruhum, canım ağrımaz,
Qol götürsəm, yarla eyni havada.
                          11 aprel 2023-cü il

Oxunub: 167
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az