Şamaxıda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.



Şamaxıda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi  keçirilib.
Yarış Şamaxı Rayon Təhsil Sektoru, Şamaxı Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə VIII və X sinif şagirdləri arasında keçirilib. 18 komanda üzrə 252 nəfər şagirdin iştirak etdiyi yarışda I yerə Mədrəsə qəsəbə tam orta məktəbi, II yerə Qaravəlli kənd tam orta məktəbi, III yerə isə Çuxuryurd kənd tam orta məktəbinin komandaları layiq görülüb.
Sonda qaliblər Şamaxı Rayon Təhsil Sektoru və Şamaxı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və Diplomla təltif ediliblər. Qeyd edək ki, zona yarışında Şamaxı rayonunu Mədrəsə qəsəbə tam orta məktəbin komandası təmsil edəcək. Təbrik edirik.

Oxunub: 129
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az