Ömrünü təhsilə həsr edən Şirvan şairi.




təhsilə həsr edən Şirvan şairi.
Söhbət açmaq istədiyim insan saytımızla əməkdaşlıq edən Həsənxan Manaflının babası və adaşı Şamaxılı şair-qəzəlxan Həsənxan Manaflıdır.
Həsənxan Manaflı 1945-ci ilin 13 Fevralında şeir-sənət ocağı Şamaxının Birinci Çaylı kəndində anadan olmuşdur.
Hələ məktəb vaxtlarında şeirə,qəzələ böyük marağı olan Həsənxan müəllim, artıq 10-cu sinifdə oxuyarkən, ilk şeirini "Yeni Şirvan "qəzetində çap edilmişdir.
İçindəki bu həvəs onu məktəbdən və poeziyadan uzaq sala bilmədi və təhsil alaraq Azərbaycan dili və Ədəbiyyatı,Rus dili və Ədəbiyyatı fənlərindən dərs deməyə başlamışdır.
3 ali təhsili olan Həsənxan müəllim  50 ilə yaxın orta məktəbdə müəllim işləmişdir.Baş müəllim fəxri adına layiq görülüb 
2018-ci ildə Respublika şeir müsabiqəsində"Azərbaycan Bayrağı"şeiri ilə  qalib olmuşdur 
Hal-hazırda Azərbaycan yazıçılar birliyinin üzvüdür və 2 kitabı işıq üzü görüb.
2005-ci ildə çapdan çıxan "Hələ bu dünyaya sözüm var" və 2016-cı ildə çap olunan "Qəzəllər və Lirik Şeirlər"kitabları Həsənxan Manaflının yaradıcılığının məhsuludur.
Şairin öz dilindən:"Nəzərinizə çatdırıram ki,bu ilin fevralında mənim 78 yaşım tamam oldu.Həmin ərəfədə Türk qardaş və bacılarımız matəm içində olduqları üçün mən bu müjdəni sizinlə bölüşmədim.İndi isə deyirəm
İki bahar qalır səksən yaşıma
Ay Allah,bir azda ömür ver mənə
Artıq ağ çiçəklər qonur qaşıma
Ay Allah,birazda ömür ver mənə
Aylar,illər bir-birini izləyir
Gələn hər gün gedən günü gizləyir
Könlüm hələ nəvə toyu gözləyir
Ay Allah birazda ömür ver mənə
Yeddi pillə verib insana Xaliq
Körpəlik,uşaqlıq,gənclik,cavanlıq
Kamillik,ahıllıq,bir də qocalıq
Mənə bu pillələr verib ucalıq
Ay Allah,birazda ömür ver mənə
Səfərim var kəklik uçan dağlara
Bülbüllər oxuyan bağça-bağlara
Sinəsi yarpızlı göy yaylaqlara
Ay Allah,birazda ömür ver mənə
Həsənxan,bir elə nisgilin yoxdur
Ürəyim ilhamlı,gözlərim toxudur
Rəhmansan,Rəhimsən,Kərəmin çoxdur
Ay Allah,birazda ömür ver mənə"
Hazırladı:Alxas Məmmədov

Oxunub: 272
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az