Vəziyyətə aydınlıq gətirmədən əvvəl həmişə səbirli olun ki, sonra peşimanlığını çəkməyəsiz.




Körpəsini evdə qoyub, bir neçə dəqiqəlik harasa gedən qadın geri döndüyün də tamam başqa bir mənzərənin şahidi olur. Körpə beşiyində deyildi , bezləri, paltarları parça-parça idi, otağın hər tərəfində qan ləkələri vardı. Şokda olan qadın körpəni axtarmağa başladı. Birdən o, saxladıqları itin çarpayının altından çıxdığını gördü , hər tərəfi qan içində sanki dadlı bir yeməyi yenicə yeyib bitirirmiş kimi ağzını yalayırdı.
Qadın, itin körpəsini yediyini yəqin edib, heç düşünmədən iti odunla döyüb öldürür. Beləliklə qadın oğlunun  cəsədinin heç olmasa bir parçasını tapmaq üçün otaqları axtarır. Amma başqa bir mənzərənin şahidi olur . Çarpayının arxasında xalçanın üstündə oynayan körpə sağ və salamat idi.
Qadın çarpayının altından parçalanmış ilan cəsədi tapdı. İt körpəni ilandan qorumaq üçün savaşa atılıb sonu da bu. Artıq gec idi barışmaq lazımdır səbirsizliyi ilə qəzəbi qadını elə kor etmişdir ki hətta sadiq itini belə gözünü qırpmadan məhv elədi.
Vəziyyətə aydınlıq gətirmədən əvvəl həmişə səbirli olun ki, sonra peşimanlığını çəkməyəsiz.

Oxunub: 105
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az