28 mart 2023 - cü il tarixində Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin təşkilatçılığı ilə XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi - Maksim Qorkinin 155 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Dəyirmi masa kitabxana əməkdaşları və Şamaxı Humanitar Kollecin tələbələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxanaçı Z.Qəniyeva rus ədəbiyyatının görkəmli nümayəndəsi - Maksim Qorkimin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd etdi ki, Maksim Qorki dəyərli əsərləri ilə dünya mədəniyyət tarixində özünə məxsus yeri olan ədiblərdən biridir. Onun həyat və yardıcılığının bütün mərhələləri elmi araşdırmalarda kifayət qədər geniş təhlil edilsə də, tərcümeyi-halı və publisistik yazıları tam öyrənilməyib.
Qorki yaradıcılığı sovet ədəbiyyatşünaslığının əsas istiqamətlərindən biri kimi, istər nəsr, dram əsərləri, istər poeziyası vahid ideoloji meyarlar əsasında müəyyən çərçivədə tədqiq olunub. Tədbirdə Maksim Qorkinin "Arxip baba və Lyonka" əsəri və Ana"romanı ətrafında tələbələrlə diskusiya aparıldı.
Tədbir iştirakçıları sonda ədibin kitabları ilə tanış oldular.
Oxunub: 127