Davamlı olaraq həm yerli, həm də xarici medianın mətbuat və televiziyasında hərbi ekspert olaraq rəylər verir və yüzlərlə çıxışı var.
Vikipediya: - Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. 1975–1986-cı illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986–1990-cı illərdə Alma-ata Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır. Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir. Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ordusunun hərbi mütəxəssisi olaraq texniki , mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir. Azərbaycan, Türkiyə, ABŞ, Rusiya (SSR), İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur. Azərbaycanın hərbi müstəqil xəbər saytı olan Ordu.az saytında hərbi ekspert kimi fəaliyyətini davam etdirir. Davamlı olaraq həm yerli, həm də xarici medianın mətbuat və televiziyasında hərbi ekspert olaraq rəylər verir və yüzlərlə çıxışı var. Ordu.az. Hərbi ekspert Ədalət Verdiyev: -Bir qayda olaraq, hərbi strateji kəşfiyyatın əsas strukturu Silahlı Qüvvələrin Baş Qərargahının Kəşiyyat İdarəsi və onun tabeliyindəki hərbi hissələr, həmçinin xüsusi təyinatlı qüvvələrdir (bəzi ölkələrdə Kəşfiyyat İdarəsinin tabeliyində, bəzi ölkələrdə isə müstəqil qurum kimi Baş Qərargaha tabedir). Ordunun maraqlarına uyğun strateji kəşfiyyat Xarici Kəşfiyyat Xidməti və digər qeyri-hərbi kəşfiyyat təşkilatları tərəfindən də həyata keçirilə bilər. Xarici Kəşfiyyat Xidməti əsasən siyasi kəşfiyyat məsələləri ilə məşğul olur. - hər bir materik, maraqlı region və ya rəqib ölkələr üzrə şöbələr; (04.04.1995) — "Hərbi xidmətlərə görə" medalı
(26.06.2004) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(04.09.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
Strateji kəşfiyyatın aparılmasına cavabdeh əsas qurum Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsidir. Bəzi ölkələrdə isə Baş Kəşfiyyat İdarəsi, Xüsusi Əməliyyatlar Komandanlığı və s. adlandırılır. Onun tərkibi ölkənin doktrinası, maraq dairəsi, iddiaları və maliyyə imkanlarına görə dəyişir.
- qoşun kəşfiyyatı şöbəsi, bəzən planlaşdırma və ya əlaqələndirmə şöbəsi də adlanır;
- xüsusi kəşfiyyat (operativ kəşfiyyat) şöbəsi;
- agentura (diversiya) şöbəsi;
- radio və radiotexniki kəşfiyyat şöbəsi (REM də bura daxil edilir);
- informasiya (dezinformasiya) bölməsi;
- analitik informasiya bölməsi və məxfi hissə kimi qurumlar daxil ola bilər.
Adı çəkilən şöbələrin üzərinə düşən funksional vəzifələri yerinə yetirməsi üçün hər birinin tabeliyində hərbi hissələr mövcuddur. Onların arasında Silahlı Qüvvələrin Kəşfiyyat rəisinin idarəetmə məntəqəsinə, birliklərin kəşfiyyat taborlarına, xüsusi təyinatlı hərbi hissələrə, kosmik rabitə bölmələrinə, radioelektron mübarizə və radiotexniki kəşfiyyat hissələrinə, agentura vəzifələrini digər hərbi hissə adı altında yerinə yetirən bölmələrə rast gəlmək mümkündür. Bundan əlavə strateji kəşfiyyat maraqlarının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində Xüsusi Təyinatlı Qüvvələr də fəaliyyət göstərə bilər. Bu qurum bəzi ölkələrdə fərqli, məsələn Xüsusi Qüvvələr Komandanlığı və ya Xüsusi Əməliyyatlar Komandanlığı da adlandırıla bilər. Bütün adı çəkilən qurumların qarşılıqlı əlaqədə birgə fəaliyyəti Ordunun və ümumilikdə dövlətin hərbi strateji maraqlarının təmin edilməsinə yönəlməlidir.
Strateji kəşfiyyat sahəsində peşəkar fəaliyyətə hazırlıq ixtisaslaşdırılmış mərkəzlərdə, kolleclərdə, məktəblərdə, akademiyalarda, fakültələrdə və kafedralarda aparıla bilər. Hərbi-strateji kəşfiyyatın ən müasir, texniki cəhətdən təchiz edilmiş geniş miqyaslı sistemi ABŞ, Böyük Britaniya və İsraildə qurulub. ABŞ-ın 2020-ci il üçün tək hərbi kəşfiyyat xərcləri 23 milyard dollardır.
Hərbi strateji kəşfiyyatın leqal növü rəsmi olaraq milli, beynəlxalq qanunvericilik və ya dövlətlər arasında bağlanan ikitərəfli Sazişlər əsasında həyata keçirilir. Bura əsasən diplomatik nümayəndəliyin akkreditə olunduğu ölkələrdəki hərbi attaşelərinin hərbi-diplomatik fəaliyyətiləri, diplomatik, elmi tədqiqat, jurnalistika, xarici ölkələrdə mədəniyyət nümayəndəlikləri, dini təşkilatların missioner fəaliyyəti, xarici ölkələrə səyahətlər və ekspedisiyalar, humanitar missiyalar aid edilir.
Qeyri-leqal və ya gizli strateji kəşfiyyat milli və beynəlxalq qanunvericilik normalarına zidd olaraq həyata keçirilən qanunsuz fəaliyyətdir. Qeyri-leqal strateji kəşfiyyatın qarşısı, ölkənin əks-kəşfiyyat orqanları tərəfindən qanuni olaraq alınır.
Qeyri-leqal kəşfiyyat cinayətdir, bunları həyata keçirənlərin qanunsuz fəaliyyətləri isə milli və beynəlxalq qanunlar çərçivəsində müəyyənləşdirilir, onlar həbs olunur, istintaq və məhkəməyə cəlb olunurlar. Qanuni əsaslı sübut bazası mövcud olduqda, qanunsuz kəşfiyyat fəaliyyəti ilə məşğul olan şəxslərin axtarışı ilə “İnterpol” məşğul olur.
Bu tarixi termindir, özündə yazışmaların və ya danışıqların ələ keçirilməsini, izlənilməsini, kopyalanmasını (yazılmasını) və şifrəli mesajların açılmasını nəzərdə tutur. Müasir versiyalarda bu kabinetlərin rəqib ölkə ərazilərində fəaliyyətinə zərurət qalmır. Bir çox xüsusi xidmət orqanlarının ştat strukturunda şifrələrin açılması üzrə peşəkar bölmənin yaradılması, paralel olaraq şifrələmə üzrə peşəkarların fəaliyyətinə də yaşıl işıq yandırdı. Hazırda bir çox ölkələrdə bu bölmələr təhlükəsizlik və ya kibertəhlükəsizlik idarəsinə qədər genişləndirilib, lakin bəzi nəhəng ölkələr isə artıq kiber qüvvələri ayrıca qoşun növü kimi istifadə edir.