"Ayşənin nişanlısı vəkil deyilmiş, avaranın biriymiş, məscidin qarşısında tabut gəzdirərək qarnını doydurur".





Türkiyəli bir xanım öz xatirələrində yazır ki, 1919-cu il idi. İstanbul  ingilis işğalı altında idi. Orta məktəbi yeni  bitirmişdim.  Gözəl bir qızdım. Elçi gəlməyə başladılar.
Onlardan biri vəkildi. Uzaqdan yaraşıqlı,  ucaboy  bir gənc olduğunu  gördüm, xoşuma gəldi. Nişanlandıq.
Nişanlımı sevirdim. Xoşbəxt ailə  qurmaq arzusu ilə çıraq işığında səhərə qədər toxuyub özümə  cehiz hazırlayırdım. 
Amma  çox keçmədən məhəlləyə bir dedi-qodu yayıldı. Dedilər: "Ayşənin nişanlısı vəkil deyilmiş, avaranın  biriymiş,  məscidin qarşısında  tabut gəzdirərək qarnını doydurur". 
Mən çox məyus oldum. Atamla birgə gedib uzaqdan izlədik, həqiqətən tabut daşıyırdı.
Bir anda bütün xəyallarım puç oldu.... Nişanı qaytarıb şəhəri tərk etdik. 
Beş il keçdi. Evli idim və bir övladım vardı.1924-cü il idi. Ölkəmiz artıq azad idi. Bir gün Bəyoğlunda onunla qarşılaşdım. Oğlum yanımda idi. Məni görəndə titrədi, pencəyini düymələdi. Hörmət göstərərək qarşımda dayandı. "Vaxtınız olsa sizə bir fincan çay təklif etmək istərdim",-  dedi. "Yaxşı",- dedim. 
Bir ofisə daxil olduq Bura  hüquq firması idi,  adı qapıda yazılmışdı. Köməkçilər içəridə işləyirdilər.
 Soruşdum ki, doğrudan vəkilsən?  "Bəli",- dedi. "Yaxşı,  vəkilsənsə, bəs niyə məscidin önündə tabut gəzdirirdin?",-  deyə soruşdum.
Dayandı, başı irəli əyildi. "Məni bağışla",- dedi.
"İstanbul işğal altında idi. İngilis əsgərləri hər yerə toplaşırdılar. Hər şeyi diqqətlə axtarırdılar. Silahı tabutlara  doldurub cənazə adı ilə  Anadoluya və Milli Qüvvələrə çatdırırdıq,  qaçaqmalçılıq edirdik.   Ölkəmizin azad olunması üçün bunu etməliydik. Amma bu haqda   sənə belə deyə bilmədim ... "
Biz, bu  VƏTƏN - ə canını və sevgisini qurban verməyə hazır olanlara, bu yolda min bir  cəfa çəkənlərə  borcluyuq ...
Kamal Həsənli

Oxunub: 133
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az