Komandamızın apreldə Gürcüstanın Qori şəhərində keçiriləcək beynəlxalq reqbi festivalda iştirak edəcəyi heyət dəqiqləşib.





Komandamızın apreldə Gürcüstanın Qori şəhərində keçiriləcək beynəlxalq reqbi festivalda iştirak edəcəyi heyət dəqiqləşib.
Məşqçilər: Nizami Mahmudov, İlqar Qubadov, Eldar Kərimov;
Oyunçular: Rəvan Bəylərli, Nurlan Bəylərli, Saleh Novruzlu, Nuran Novruzlu, Ayxan Mustafa, Orxan Mustafayev, Boqdan Firsunin, Uğur Mirzəyev, Əhməd Mahmudzadə, Əhəd Babayev, Vaqif Abdulla, Tunar Heydərli.
Klubun rəhbəri Eldar Kərimov bu səfərdən gözləntiləri ilə bölüşüb: 
- Bu Gürcüstana ardıcıl üçüncü səfərimiz olacaq. Əminəm ki əvvəlki çıxışlarımızla müqayisədə bu dəfə daha yaxşı oyun sərgiləyəcəyik çünki uşaqlar artıq müəyyən qədər təcrübə toplayıblar. Eyni zamanda məsqçi heyəti də üzərində çalışır, məsq prosesini daha effektiv təşkil edir və biz bunun bəhrəsini apreldə görəcəyik. Boqdan Firsunin üçün bu ilk beynəlxalq oyun təcrübəsi olacaq lakin o da döyüşə tam hazırdır. Qori səfərinə qədər biz qüvvəmizi Şamaxıda keciriləcək reqbi festivalında sınayacayıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümüzü bildiririk.

Oxunub: 124
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az