Novruzda hava haqqında
Qəbələ rayonunun bəzi yerlərində müəyyən aralıqlarla yağış yağacağı, martın 22-si axşam tədricən kəsiləcəyi, martın 23-24-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı proqnozlaşdırılır. Şahdağda (Qusar) havanın arabir yağıntılı olacağı, mart ayının 20-si gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 0-2° şaxta olacağı ehtimal edilir. Lənkəran rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 7-9°, gündüz 13-16° isti olacağı bildirilir. İsmayıllı rayonunda martın 20-si gündüzdən 22-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Martın 23-24-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-15° isti olacağı ehtimalı var.