Taekvondoçularımızın uğurları
ATF
Taekvondoçularımız Belçikada 3 medal qazanıbLommel şəhərində keçirilən açıq Belçika çempionatı başa çatıb. G2 kateqoriya yarışı Azərbaycan millisi komandası 1 gümüş və 2 bürünc medalla başa vurub. Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar. Qeyd edək ki, milli komanda Bakıya martın 20-də qayıdacaq.
Oxunub: 128