Səngər həkimiyəm.







Turqut Xəlilbəyli xatirəsinə
      Səngər həkimiyəm
Turquta ağ libas  çox yaraşırdı,
Yaralar sarmağa hey çalışırdı.
Turqut düşünmədi  heç öz sonunu.
O, xilas eylədi bir çoxlarını.
////
Müharibə zamanı yerindəcə düz,
Yaralar sarıyır o gecə gündüz.
Güllələr yağmur tək üstünə yağır
Dön qayıt  deyirlər,o sözə baxmır.
///
Təcili dostlara o yardım edir,
Özünü düşünmür irəli keçir.
Yaralı dostların xilas eyləyir.
Neytral zonadan  uzaqlaşdırır.
///
Geyinibi əyninə mələk donunu,
O,  cızmışdı  artıq həyat yolunu.
"Mən səngər həkimiyəm" o söylədi.
Xilas etdiyi  dostlar belə dedi.
Turqut bizi ölümlərdən qurtardı,
Ancaq özü şəhidliyi ucaldı.
Unudulmaz Turqut kimi igidlər,
Daima qəlbimizdə şəhidlər.
" SEVDA İBRAHİMLİ
05/09/2022
Əbədi qəlblərdə yaşa ey igid,
Sən torpaq uğrunda olmusan şəhid.
Sənə rəhmət deyir bu gözəl  yurdun 
Sən xalqın qəlbində uca taxt qurdun.
SEVDA İBRAHİMLİ

Oxunub: 160
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az