
DÜNYANIN BİR ÜZÜ AĞ, BİR ÜZÜ QARA, QARDAŞ
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Baxmayırıq dünyanın bozuna, qarasına,
Baxmayırıq dünyanın dağına, dərəsinə,
Axı belə müştağıq dünyanın harasına,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Verər şəfəqqətini qucaq-qucaq insana,
Verər məhəbbətini sıcaq-sıcaq insana,
Sonda sorum olacaq, nə qalacaq insana,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Onun üçün fərqi yox, kim ağadı, kim nökər,
Kiminə verər zəhər, kimisinə qənd, şəkər,
Kimisin edər zəlil, kiminsə nazın çəkər,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Baxmayır bu sultandı, bu xandı, buda bəydi,
Kimin ucaltdı göyə, kimin qamətin əydi,
Ağ xələtə büründü, gah da ki, qara geydi,
Dünyanın bir üzü ağ, bir üzü qara qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Süleymana qalmayan dünya kimə qalacaq,
Bir gün verdiklərini bir gün geri alacaq,
Torpaqdan yaranmışıq, dönüş ona olacaq,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Bir tərəfdə həqiqət, bir tərəfdə yalandı,
Bir tərəfdə ədalət, bir tərəfdə talandı,
Gecə-gündüz, xeyir-şər qoşa gəzdi, dolandı,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Kimindən əsirgəməz, verər şahlıq taxtını,
Kimindən əsirgəməz taleyini, baxtını,
Davud, itirmə əbəs boş-boşuna vaxtını,
Dünyanın bir üzü ağ, bir üzü qara, qardaş,
Bu dünya aparacaq bəs bizi hara, qardaş.
Oxunub: 202
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az