Oğlan adı ilə döyüşlərə qatılan kişi qeyrətli Azərbaycan qadını,"Avey qəhrəmanı" ləqəbli Mansurova Vəfa Dəmirçi qızı (Mansurov Vəfadar Dəmirçi oğlu)-Bakı Dövlət Universtetinin tarix fakültəsinə sənədlərini təqdim edən Vəfa xanım vətənin dar günündə təhsil arzusunu yarımçıq qoyub könüllü olaraq döyüşlərə yollanır.Onu qeydiyyata götürəndə 707 saylı hərbi hissədən bildirirlər ki,biz sizi ancaq aşpaz və ya təmizləyici kimi qeyd edə bilərik.Bizdə qızlar üçün əsgəri xidmət olmadığına görə,sizi döyüşçü kimi qəbul etmək mümkün deyil.Lakin onun xüsusi snayperçi məharətini gördükdə,xarici görkəmindən də oğlana bənzəyən Vəfa Dəmirçi qızı Mansurovanı Mansurov Vəfadar Dəmirçi oğlu kimi qeyd edib,atıcı- döyüşçü kimi hərbi hissədə qəbul edirlər.Vəfa xanım özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaradaraq kəndin ətrafında səngərlər qazdırıb və sərhəddə gecələr gözətçi növbələri yaradıb. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırıb, könüllü hərbi birləşmələr üçün tank,top,qrad tipli silah, avtomat və digər silah-sursat aldırıb.Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Qazaxın Daş Salahlı kəndinə yaxın düşə bilməyib.O,qara,yağışa,günəşin dözülməz istisinə baxmayaraq,Avey dağından enməyib,kəndin ərazisinin,rayonun və demək olar bütün Gəncəbasarın təhlükəsizliyinin qorunmasında fədakarlıq göstərib.
Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra vaxtilə döyüşlər zamanı yanında partlayan mərminin təsirindən Vəfa xanımın səhhətində ciddi şəkildə problemlər yaranır,müalicə olunsa da,həyatını xilas etmək mümkün olmur.Vəfa Mansurova 1997-ci ilin aprel ayının 24-də(ya 25-də) vəfat edib.Ruhu qarşısında baş əyirik!
Oxunub: 284