Taekvondo üzrə Sumqayıt idmançılarının tarixi uğuru.





Taekvondo üzrə Sumqayıt idmançılarının tarixi uğuru.
Maltanın paytaxtı Valletta şəhərində keçirilən taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyində milli yığma komandanın tərkibində iştirak edən şəhər idmançıları Xuraman Cavadzadə (37 kq) gümüş, Fuad Məhərrəmli (45 kq) bürünc medallara sahib olmuşlar. Milli yığma komandamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vuraraq ümumkomanda hesabında üçüncü yere layiq görülmüşlər. Qeyd edək ki, bu göstərici Azərbaycan taekvondo tarixində son 17 ilin rekord nəticəsidir. Yeniyetmələrdən ibarət yığma komandanın  məşqçiləri Rəşad Məmmədov və Vurğun Cəfərovdur.
İdmançılarımızı təbrik edir və gələcək yarışlarda uğurlar arzu edirik!

Oxunub: 145
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az