Bu gün Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Ağacan Abiyevin 85 yaşı tamam olur.






Bu gün Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Ağacan Abiyevin 85 yaşı tamam olur.
A.Q.Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru (1987-2015), Azərbaycan Boks Federasiyasının prezidenti (1984-2009), Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin və Texniki Komissiyasının üzvü (1998-2006), Dünya Boks Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü (2002-2012), Avropa Boks Federasiyasının (EABA) vitse-prezidenti (2002-2012), Afina-2004 XXVIlI Yay Olimpiya Oyunlarının boks üzrə baş hakimi, Azərbaycan Respublikanın Milli Olimpiya Komitəsinin baş katibi (1997-2021), Azərbaycan Respublikasının Milli Məclisinin üç çağırış deputatı (2005, 2010, 2015), Milli Məclisin İntizam Komissiyasının sədri (2010-2020) olub.
A.Q.Abiyev, 1991-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi va İdman xadimi" fəxri adına, 2001-ci ildə "Şöhret" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına, 2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.
Gənclər və İdman Nazirliyi Ağacan Abiyevi 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.

Oxunub: 171
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az