Beydulla Gəraylı; -Nəsən sən !?







Beydulla Gəraylı-  
         Nəsən sən !?
Gözəl, səni gördüm nitqim tutuldu,
Ilahidən gəlmiş paysan,nəsən sən!?
Baxıb camalına Ay da tutuldu,
De görüm,Günəşsən,Aysan,nəsən sən!?
******
Tellərin tökülüb tutub üzünü,
Kənar et bir anlıq,görüm üzünü.
O kaman qaşını,ala gözünü,
O gül camalını açsan,nəsən sən!?
******
Dərdimin əlacın səndə görmüşəm,
Bilirəm,bilirsən sən də,görmüşəm.
Əsir olub neçə bəndə,görmüşəm,
Qəlbimə hakimsən,şahsan,nəsən sən!?
*******
Gəraylı heyrandı belə gözələ,
Istəsən lap sinəm üstə köz ələ.
Sözümü çevirdin şeirə,qəzələ,
Cismimə can verən ruhsan,nəsən sən!?
B.Gəraylı....Perm...2018...

Oxunub: 137
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az