Mahir orta barmağını ona göstərərək hərbi salam şəklində jest edib.
Dünən Xorvatiya çempionatının 17-ci turu çərçivəsində keçirilən "Dinamo" - "Riyeka" matçı zamanı meydançanın kənarında isinmə hərəkəti edən Mahir Emreli erməni təxribatı ilə üzləşib.
Beləki "Riyeka"nın azarkeşlərindən biri 25 yaşlı hücumçuya Qarabağın Ermənistana aid olduğunu deməklə onu təxribata çəkib. Həmin vaxt Emreli azarkeşin bu hərəkətinə reaksiya verməyib.
Ancaq o, meydana daxil olduğu elə ilk dəqiqədə birinci qolunu vurduqdan sonra həmin azarkeşin olduğu tribuna önünə qaçıb. Mahir orta barmağını ona göstərərək hərbi salam şəklində jest edib. Bu hərəkətindən sonra Emreli sarı vərəqə ilə cəzalandırılıb.
Oxunub: 144