Hönkürə-hönkürə yazıram bunu, Çatıbdır ömrümün deyəsən sonu,





Gözlərim önündə durub xəyalı,
Başında kəlağay gəlin anamın.
Gör neçə illərdir daş məzarında,
Almıram ətrini bilin anamın.
Hönkürə-hönkürə yazıram bunu,
Çatıbdır ömrümün deyəsən sonu,
Mənə geydirməmiş gəlinlik donu,
Geydirdim kəfənin,tülün anamın.
Hey dolur,boşalır tənha ürəyim,
Heç kimə nə ərkim,nazım-gileyim,
Rəbbimdən bir budur axır diləyim,
Oxşaya biləydim telin anamın.
Kaş qayıdıb gələ  üzünü görəm,
Xurmayı tellərin darayam, hörəm ,
Yolunda sadağa,qurbanlıq verəm,
Eşidəm laylalı dilin anamın.
Yenə  də yurdumuz cıraqban ola,
Bişən çörəyinin ətriylə dola,
Qoymaz ki,baxcamda güllərim sola,
Qoxlayam çiçəyin,gülün anamın.
Yazdım bu şerimi hönkürdüm birdən,
Dərdlərim çox olub Arazdan-Kürdən,
Solmaz,yaranmışam daşdan-dəmirdən,
Kaş görəm gül üzün gəlin anamın.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
16-06-2022

Oxunub: 198
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az