Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Qobustan rayonunda təhsil işçiləri ilə görüşüb.
Qobustan rayon 3 saylı tam orta məktəbdə keçirilən görüşdə sektorun əməkdaşları, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Regional İdarənin müdiri tərəfindən rayonda təhsilin inkişaf etdirilməsi üçün direktorlara bir çox tapşırıq və tövsiyyələr verilərək işlərində ciddi dönüş yaratmaları və məsuliyyətli olmaları, eləcədə nöqsanların qısa müddətdə aradan qaldırılması onların diqqətinə çatdırılmışdır. Həmçinin iyunun 7-də Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçiriləcək monitorinq haqqında direktorlara məlumat və izah verilmişdir. Sonda sektor əməkdaşlarının, direktorların və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin sualları və təklifləri dinlənilərək cavablandırılmışdır.
Oxunub: 391