YAP Şamaxı rayon təşkilatı Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir.





YAP Şamaxı rayon təşkilatı 23.05.2022-ci il tarixində Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir. YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya fəalları ilk öncə M.Ə.Sabirin  məzarını ziyarət etmişlər. Sonra tədbir iştirakçıları M.Ə. Sabirin ev muzeyinə ekskursiya etmişlər. Daha sonra tədbir YAP Şamaxı rayon təşkilatının qərargahında dəyirmi masa ətrafında davam edib. Binanın foyesində Sabirin əsərlərindən ibarət  sərgi də təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirdi ki, 30 may 2022-ci ildə XX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından olan Mirzə Ələkbər Sabirin 160 illik yubileyidir.Azərbaycan şairi, mütəfəkkir, ictimai xadim və müəllim olan Mirzə Ələkbər Sabir 30 may 1862- ci ildə Şamaxı şəhərində dünyaya göz açmışdır.Sabir erkən yaşlarından şeir yazmağa başlayır, 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxır, Orta Asiyaya, oradan da İrana gedir. Bir çox  şəhərləri gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur. Bu səyahət onun dünya görüşünün inkişafında əhəmiyyətli rol oynadığı kimi gələcək yaradıcılığına da təsirsiz ötüşməmişdir. Şair 49 illik qısa bir ömür sürməsinə baxmayaraq çox böyük işlər görmüşdür. Sabir zamanında mollalar xürafatcılar tərəfindən sevilməsə də oxucuları tərəfindən çox sevilirdi çünki şair xalqın istək və arzularından bəhs edirdi. Şair problemləri göstərməklə kifayətlənmirdi, problemlərin həlli yollarını da göstərirdi.
Şairə ümummilli liderimiz Heydər Əliyev böyük dəyər vermiş, onun haqqında belə demişdir.
Bizim XX əsr ədəbiyyatşünaslığında ən fəxr etdiyimiz
şəxsiyyətlər Sabirdir, C.Məmmədquluzadədir.
Eyni zamanda Möhtərəm cənab Prezidentimiz İlham Əliyev də şairə böyük dəyər vermiş,  şairin 01 iyun 2010-cu il tarixində 150 illik yubileyi ilə bağlı müvafiq sərəncam imzalayıb və şairlə bağlı bu sözləri demişdir Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə
yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından
daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır.
Tədbirdə çıxış edən  Sabir ev muzeyinin direktoru Rəqsanə Xəlilova qeyd etdi ki, Sabir cəhalətin mövhumatın tərəqqiyə mane olduğunu gənc nəslin təhsildən, elmdən uzaq düşdüyünü  ürək ağrısı ilə qələmə alırdı. Sabirin uşaq şeirləri də var idi, burda əsas məqsəd kiçik oxucularını da təhsilə, məktəbə maraq həvəsi oyatmaq idi. Sabir satiralarinda bir özünəməxsusluq var idi. Tipin öz dilindən danışdırması ilə seçilirdi. Ümumən satiranın inkişafı bir başa Sabirin adı ilə bağlıdır.Sabir cəmiyyətdə gördüyü çatışmazlığı birbaşa və ya dolayı yollarla dilə gətirirdi  işıqlandırmağa çalışırdı, bunu özünə bir vətəndaş borcu bilirdi və ömrü boyu da buna sadiq qaldı . Xalqını qəflət yuxusundan ayıltmaqa çalışırdı , Sabirin əslində mədrəsədə müəllimi ilə, atası ilə ümumən mübarizəsinin təməlində hürriyyət eşqi dayanırdı.Özünün də dediyi kimi.Kim ki insanı sevər aşiqi hürriyyət olur.Bəli hürriyyət olan yerdə də insanlıq olur.
Sonra  H.Əliyev  Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva vurğuladı ki, şair eyni zamanda  müəllim idi.1908- ci ildə şair Ümüd məktəbini açmağa nail olur, 60-a qədər şagird oxudur. Şagirdlər oturacaqlarda oturur, əyani vəsaitdən istifadə edir, təcrübələr, ekskursiyalar keçirirlər.Məktəbdə şagirdlərə ana dili,fars dili, hesab, cografiya və təbiətə dair məlumatlar verilir. Quran və şəriət dərsləri keçilir. Lakin bu məktəbin ömrü uzun olmur. Təzyiqlərə məruz qalan Sabir məktəbi bağlamaq məcburiyyətində qalır. Bütün bunlardan inciyən şair Bakıya qayıdıb Balaxanı məktəblərinin birində müəllimlik edir.Jurnalist Hacı İbrəhim Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.
1911-ci il iyulun 12-də Sabir vəfat edir.
1922-ci ildə  Sabirə heykəl ucaldılır. Onu  da qeyd edim ki, bu müsəlman şərqində ilk insan heykəli idi.
Daha sonra rayon ağsaqqalı Ağarza Bayramov və Mədəniyyət şöbəsinin müdiri Rəfail Tağızadə şairin yaradıcılığından bəhs etdilər.
Tədbirin gedişatında  Şamaxı 2 saylı tam orta məktəbinin şagirdi Vəliyev Emil Neman oğlu,  3 saylı tam orta məktəbin şagirdləri Hüseynov Nahid Nazim oğlu və  İmanova Rəşidə Rəşad qızı, Akademik  Heydər Hüseyn adına tam orta məktəbin şagirdləri Amanəliyeva Fatimə Balahüseyn qızı, Zülfiqarlı Fatimə Namiq qızı və Qədirov Babakərim Radim oğlu M.Ə.Sabirin əsərləri ilə bağlı bədii kompozisiya göstərmiş və şeirlər səsləndirmişlər.
Şamaxı Dövlət Regional Kollecinin Təsviri İncəsənət fakültəsinin tələbələri Qurbanova Aytac Azər qızı, Rəfiyeva Aysel İkram qızı və  Rəhimova Tamella Aydın qızı M.Ə. Sabirin rəsm əsərlərini iştirakçılara nümayiş etdirmişlər.
Sonda YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tərəfindən Şamaxı M.Ə.Sabirin ev muzeyinin direktoru Rəqsanə Xəlilova Fəxri Fərmanla və iştirakçılar təşəkkürnamə ilə təltif olunmuşlar.



Oxunub: 345
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az