Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 3 №-li RİOEUGŞM - də 2014-cü il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.





Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən  3 №-li RİOEUGŞM - də 2014-cü il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 49 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak etmişdir.
Yekun nəticələrə  əsasən   qızlar arasında  I yeri 7  xalla Fidan Yaqubova, II yeri 7 xalla Nurgül Qənbərli, III yeri 6 xalla Zeynəb Cəlilli, oğlanlar arasında I yeri 8 xalla Səfa Hümbətov, II yeri 7,5 xalla Kamran Babayev, III yeri 7 xalla  Tunar Qarayev  tutmuşdur.
Yarışın bağlanış mərasimində beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Oxunub: 379
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az