Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Fuad Əyyub oğlu Bədəlov yeni yaradılımış Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri təyin olunub.






Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Fuad Əyyub oğlu Bədəlov yeni yaradılımış Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri təyin olunub. Bu vaxta qədər o, Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyirdi.
Fuad Əyyub oğlu Bədəlov 1986-cı ildə Qubadlı rayon Dəmirçilər kəndində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirmiş və həmin ildən pedoqoji fəaliyyətə başlamışdır. 2010-2012-ci illərdə Qubadlı rayon Mərdanlı kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləmişdir. 2012-2017-ci illərdə yüksək fəaliyyəti qiymətləndirilərək Qubadlı rayon Xocahan kənd tam orta məkrəbinə direktor təyin olunmuşdur. 24 yanvar 2017-ci ildə isə Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Təbrik edirik, uğurlar arzulayırıq!
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi müvəqqəti olaraq Bakı şəhərində yerləşəcək və özündə 5 rayonun- Cəbrayıl, Qubadlı, Zəngilan Laçın və Kəlbəcər rayonlarının təhsil şöbələrini birləşdirəcək.

Oxunub: 686
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az