Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Əliyev Rövşən Mirzə oğluna həvalə edilib.
Əliyev Rövşən Mirzə oğlu 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Ümumtəhsil məktəblərinin 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir. O, 2015-ci ildən 21 may 2020-ci ilə kimi Lahıc qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 21 may 2020-ci il tarixdən bu günə kimi isə İsmayıllı RTŞ-nin müdiri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var. Rövşən müəllimi təbrik edir, ona bu çətin və şərəfli işində uğurlar arzulayırıq.
Oxunub: 487