17 iyul aktyor Telman Adıgözəlovun doğum günüdür.







17 iyul aktyor Telman Adıgözəlovun doğum günüdür.
Telman Adıgözəlov
Doğum tarixi: 17.07.1953
Vəfat tarixi: 15.04.2010
Telman Abbasqulu oğlu Adıgözəlov Balakəndə anadan olub. Orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib (1975). 1980-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Əməkdar artist (2000), Xalq artisti (2006) Telman Adıgözəlov 2010-cu ildə vəfat edib.
Filmoqrafiya:
Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (Şamil)
Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor (hürufi)
1001-ci qastrol (1974, tammetrajlı bədii film) - aktyor (musiqiçi)
Dörd bazar günü (1975, tammetrajlı bədii film) – aktyor (Murad)
Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – aktyor (Bəkir)
Üzü küləyə (1977, tammetrajlı bədii film) – aktyor
Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – aktyor (Camal)
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (tələbə)
Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – aktyor (Kamil)
Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – aktyor (Əlibaba)
Ordan-burdan (1987, tammetrajlı film-tamaşa) – aktyor (rəqs müəllimi)
Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – aktyor
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Qırmızı qatar (1993, tammetrajlı bədii film) – aktyor (sısqa oğlan)
Qurama (1995, qısametrajlı bədii film) – rejissor, aktyor
Yarımştat (1996, tammetrajlı film-tamaşa) – aktyor (Zaman), musiqi ifaçısı
Bakı oğrusu (1997, tammetrajlı bədii film) – aktyor (əcnəbi)
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Hüseyn)
Qaz (II) (2005, tammetrajlı bədii film) – aktyor (baş həkim)
Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – aktyor (intelligent Həsən bəy)
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (2007, tammetrajlı film-tamaşa) – aktyor
Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – aktyor (teatr rejissoru)
Əsər (2009, qısametrajlı bədii film) – aktyor
Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – aktyor (Kamil; I fırıldaqçı)





 

Oxunub: 413
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az