Bu gün tanınmış ictimai xadim, Dünya Gənclər Konseyinin Azərbaycan üzrə rəhbəri “Ümidlə Gəl” xeyriyyə layihəsinin yaradıcısı, Hacı Quliyevin dogum gününüdür.






Bu gün tanınmış ictimai xadim, Dünya Gənclər Konseyinin Azərbaycan üzrə rəhbəri “Ümidlə Gəl” xeyriyyə layihəsinin yaradıcısı, Hacı Quliyevin dogum gününüdür. H.Quliyev Azərbaycan ictimaiyyətinə milli mənəvi dəyərlərin qorunması yönündə sərt çıxışları, Xocalı Soyqırımının, dövlətçilik və vətənəpərvərlik mövzularının dünyada təbliği, xeyriyyə layihələri və aksiyaları ilə tanınmışdır. İctimai xadim öz ictimai və iş karyerasına əsaslanaraq, hər zaman gənclərə örnək və fəaliyyətlərində ən yaxın dəstəkçisi olmuşdur. Dövlət siyasətini əsas tutaraq, dövlətçilik yönündə çıxışları ilə Dünya Azərbaycanlılarının böyük rəğbətini qazanmışdır. Ölkədə keçirilən tədbirlərin əkəsriyyətində, milli bayramlarda, xüsusi himayəyə ehtiyacı olan uşaq və qocalar evlərində, qadın koloniyasında təşkil olunan tədbirlərdə yüksək fəallıq göstərərək, ön sıralarda bayraqdar olaraq tanınmışdır. İctimai fəaliyyətə başladığı dövrdən etibarən Hacı Quliyev dogum gününü ailə himayəsindən məhrum olmuş uşaqlarla, uşaq evlərində keçirməyə üstünlük vermişdir. İçtimai xadimin şah əsərlərindən biri də, “ÜMİDLƏ GƏL” xeyriyyə layihəsinin yaradılması olmuşdur. “ÜMİDLƏ GƏL” layihəsinə respublikanın ən nüfuzlu və bacaracaqlı həkimləri və xəstəxanaları, hüquqşunasları, millət vəkilləri, ictimaiyyətdə söz və nüfuz sahibləri cəlb olunaraq, şəhərləri, rayonları , ən ucqar kəndləri belə şəxsən gəzərək yaşayış səviyyəsi aşağı olan, köməyə ehtiyacı olan yüzlərlə insanların, şəfa tapmasında, sosial və hüquqi məsələlərinin həll olunmasında, gələcək həyatları təmin olunmağına dəstək olmuşdur və olmaqda davam edir. Hacı Quliyevin fəaliyyəti ölkədə və ölkə hüdudlarından kənarda hər zaman mediyanın diqqət mərkəzində olmaqdadır. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədi ilə, nəinki Azərbaycanda eləcə də, dünyanın bəzi ölkələrində geniş şəkildə təbliğat kampaniyalarına qoşulmuş və böyük tribunalardan öz çıxışları ilə Xocalıya Ədalət yönündə çağırışlarını etmişdir. Türkiyənin bir çox televiziya kanallarında Xocalı Soyqırımı haqqında proqramlarda iştirakı ilə, sənədli filimlərin müşayəti ilə öz ürəkağrıdan çıxışlarını etmişdir. 2018-ci ildə Türkiyyənin ən çox ermənilər məskunlaşmış Kayseri şəhərində Xocalı Soyqırımı Parkında “Ana Fəryadı” abidəsinin qoyulmasında təşəbbüskar dəstənin tərkibində yer almış və öz dəstəklərini əsirgəməmişdir. II-ci Vətən müharibəsi zamanı qismən səfərbərlik elan olunan zaman ilk olaraq çağırış məntəqəsində qeydiyyatdan keçən Hacı Quliyev cəbhə bölgəsində xeyriyyə fəaliyyətini davam etdirərək cəbhə bölgəsinə bir neçə dəfə səfər etmişdir. Hərbi hissənin heyyətinə göstərdiyi maddi və mənəvi dəstəyinə, həmçinin hərbi qulluqçuların mənəvi psixoloji vəziyyətini yüksəldilməsində xüsusi fəaliyyətinə görə Hərbi hissə komandiri polkovnik-leytinant Anar Tarverdiyev tərəfindən “Fəxri fərmanla” təltif olunmuşdur. Hacı Quliyev 2020 ci ildə keçirilən növbədənkənar Azərbaycan Respublikası Parlament Seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən bitərəf namizəd kimi öz namizədliyini irəli sürmüşdür. Ölkə saytlarında və sosial şəbəkələrdə keçirilən sorğularda sona qədər reytinq cədvəli üzrə birinciliyi əldən verməsə də, seçki nəticələrinə görə qalib sayılmamışdır. Qeyd edək ki, geniş fəaliyyət sahələrini sadaladıqca bitməyən Hacı Quliyev, fəaliyyətində göstərdiyi iş bacaracağı və fəallığa görə bir sıra fəxri fərmanlar, təşəkkürnamər və mükafatlarla təltif olunmuşdur.



Oxunub: 537
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az