İyunun 12-də milli mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov anadan olub.
İyunun 12-də milli mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov anadan olub.Sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Səhnədə göstərdiyi fəaliyyəti ilə yanaşı, Hacıbaba Bağırov Azərbaycan kinematoqrafiyasının inkişafına da öz töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub.Hacıbaba Bağırovun mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, müxtəlif fəxri ad və mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Oxunub: 327