Oğluma nəsihət.






Oğluma nəsihət.
Bir vaxtlar atamın mənə etdiyi nəsihətləri poetik dillə qələmə alaraq,indi də mən öz oğluma “ötürməyimi” qərara aldım.Atamın mənə etdiyi nəsihətlərin mənim üçün böyük dəyərə malik olduğunu bilirəm.Şeirimin necə alındığını isə dəyərli oxucularımın ixtiyarına buraxıram.
Daim çətin işə,müşkülə giriş
Heç tutub-yapışma asandan, oğlum.
Adətə hörmət et,geri qalma sən
Ellərin toyundan,yasından,oğlum.
Həqiqət qarasa,ağ demək olmaz,
Kiçik bir təpəyə dağ demək olmaz,
Mamır bitən yerə bağ demək olmaz
Bar almaq olmaz ki,yosundan oğlum.
Dağıdan sel təki axma nəbadə,
Haram bildiyinə baxma nəbadə,
Qarşına şir çıxsa qorxma nəbadə
Sən qoru özünü insandan,oğlum!..
                                                                  İyun,2016.
Heydər Ələddinoğlu.

Oxunub: 527
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az