Elxan Elatlının "Uğursuz Gecə" romanından....






Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat  yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başınada getməyə hazırdır. Qardaşları  da yeganə bacılarını dünyalarca sevir...Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın  evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi  isə sevgidən  doymayan bu çılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal  haradan biləydi ki, bu sərbəstliyi  ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da...
Elxan Elatlının "Uğursuz Gecə" romanından....

Oxunub: 341
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az