Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı?






Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı? 
Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazilib. Döyüş təminati sıfırdır. Mühəndis işləri görülməyib, mövqelər yoxdur, rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən danışmağa dəyməz,  müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və dəstək barədə danışmağa dəyməz. Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı? Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi? Boşluqları saymaqla bitməz. Cavabdehlərə qarşı fikrimi ifadə etməyə söz tapmıram. Amma bilirəm ki, o əsgərlər təxris olunandan sonra dərinizə saman təpəcək.
Ədalət Verdiyev,
 hərbi ekspert

Oxunub: 297
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az