Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələri barədə olan məlumat.






Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələri barədə 24.05.2021 tarixinə olan məlumat.
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.
Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin* (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.
Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı  aşkar edilib.
Həmçinin aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 457-si kitabxana, 345-i klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. 
Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. 
Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.

Oxunub: 306
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az