Bir insanın təhsilli olmamsı onun böyük bir çatışmamazlığıdır, lakin cəmiyyətə inteqrasiya olunması üçün maneə deyil.






Bəkirov Hilal Məzahir oğlu 1985 -ci ilin 23 aprel ayənda Şamaxı rayonunun Əngəxaran kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Əngəxaran kəndi Şəhid Sabir Əhmədovun adına olan  orta məktəbi oxuyub və həmin məktəbi 2003-cü ildə bitiriv  hərbi xidmət yollanmışdır. Hərbi xidməti  sərhəd qoşunlarında keçmişdir. Ailləlidir, iki oğul övladı var. Hal-hazırda özəl sektorda Turizm sahəsində direktor vəzifəsində çalışır. Fəal Qarabağ təbliğatçısıdır. Boş vaxtlarında rəsm çəkməyi çox sevir. 
İctimai fəal kimi bir neçə tədbirin iştirakçısı və  təşkilatçısıdır. Bunlardan
 1. 2014-cü ildə Bakı Eksbo Mərkəzində keçirilən Beynəlxalq Turizm sərgisində Şamaxı rayonunu ilk dəfə təmsil edərək rayondad bu sərginin təşkil olunmasında böyük rolu var.
2. 2016-cı ildə Mehriban xanım Əliyevanın təşşəbüsüylə ermənilərə cavab olaraq Bakı beynəlxalq Dolma festifalında rayonu təmsil edərək gümüş medal və kubok diplom qazanmışdır.
3. 2019-cu ildə Bir qrup gənclə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunan (ingilis alt yazlı) video çarxın təşkilatçısı və iştirakçısı olmuşdur.
4. 2019-cu ildə Ölkə prezidentinin Valday beynəlxalq diskusiya mərkəzindəki "Qarabağ Azərbaycandır və nida" sözlərini mərmər lövhədə dəniz səviyyəsindən 1014 metr yüksəklikdə yerləşən Gülüstan qalasına həkk etdirilməsinin təşkilatçısıdır. Həmin xəbər Baku tv və oxu.az saytı və digər möhtəbər xəbər saytlarında yayımlanmışdır.
5. 2019-cu ildə ölkə prezidenti ilə görüşmək şərəfinə nail olmuşdur.
6. 2020-ci 27 sentyabrda başlamış 44 günlük vətən müharibəsində ölkə prezidentinə ünvanladığı təbrik məktubu ictimai televiziyada səsləndirilmişdir.
7. Şəhid ailələri və qazilərlə tez-tez görüşlərin təşkilatçısıdır.
Hilal müəllimin dediklərindən:
- Bir insanın təhsilli olmamsı onun böyük  bir çatışmamazlıqdır, lakin cəmiyyətə inteqrasiya olunması üçün manie deyil. Heç bir cəmiyyəti, toplumu onsuz təsəvvür etmək mümkün deyildir. Bütün sahələrin inkişafı bilavasitə təhsildən asılıdır. Məhz bu cəhətdən zaman-zaman təhsili yeni və innovativ olmalıdır . Bu istiqamətdə ölkəmizdə də müəyyən addımlar atılır. 90-cı illərdə qəbul edilən Təhsil İslahatı təhsil sitemində köklü dəyişikliklərin aparılmasına zəmin yaratdı. Bu haqda müxtəlif ədəbiyyatlardan ətraflı və geniş məlumat almaq mümkündür. Sadəcə onu qeyd etmək istəyirəm ki, Təhsil İslahatının həyata keçirəməyə zəmin yaradan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu zamana qədərki təhsil sistemi şagirdə daha çox əzbərçi mövqeyi vəd etmiş, onun düşüncələri, özünü ifadə etməsi, yaradıcı təfəkkürünün, təxəyyül imkanlarının inkişafı, qiymətləndirilməsi prioritet olmamışdır. Təhsilin ən qabaqcıl məqsədinin şagirdi həyata hazırlamaq olduğunu xatırlasaq, görərik ki, ona həyatda əzbərlədiklərindən daha çox müəyyən bacarıq və vərdişlər də lazım olacaq. Hansı ki həyatda yaşamaq, mübarizə aparmaq məhz həmin vərdişlərə, qabiliyyətlərə bağlı olacaq.

Oxunub: 509
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az