
Nə Qaragöl, nə Sorca mübahisəli ərazidir...
SSR dövründə Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının Ermənistanla sərhəd kəndlərində ancaq azərbaycanlılar yaşayırdılar. Ermənistan tərəfinin də Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə sərhəd kəndlərində yalnız azərbaycanlılar yaşayırdılar. Göyçədə, Zəngəzurda erməni nə gəzirdi ki... Bunu bilməyən yoxdur, yəqin ki.
Sözümün canı başqadır, bilməliyik ki, SSR dövründə Azərbaycanla Ermənistan sərhədində qonşu olan yaşayış məntəqələri azərbaycanlılara məxsusu idi. Hamısı da biri-biri ilə qohum-əqraba idi. Sadəcə, Azərbaycan ərazisini götürüb Ermənistana pay vermişdilər SSR düzəldənlər...
O zaman insanlar sərhəd nədi bilməzdilər. Səbəbi dediyim kimi, min illər bir yerdə yaşamaları idi. Əsas məşğuliyyətləri heyvandarlıq olan bu insanlar biri-birinin örüşündən istifadə edərdi. Böyük olduğu üçün daha çox Azərbaycan kəndləri öz ərazisindən qonşu kənd sakinlərinə (dediyim kimi, qonşu kəndlərdə də yaşayanlar yalnız azərbaycanlıılatr idi) istifadəyə icazə verirdi.
Bu, 1980-lərə qədər davam etmişdi. Sonra, Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda gediş-gəlişdə problemlər yaranmışdı. Amma Azərbaycana məxsus örüşləri yenə Ermənistanın nəzarətində olan azərbaycanlı kənd sakinləri istifadə edirdilər. Bunun nümunəsi yüzlərlədir. Kəlbəcərin Söyüdlü, Sarıyer yaylaqları buna misaldır.
1980-lərə qədər belə olub. Bunun üstündən 35 ildən çox vaxt keçib. Bu illər ərzində Ermənistan da, ermənilər də özlərini aldadıblar ki, vaxtlə Ermənistan kəndlərindəki (halbuki oralar tarixi Azərbaycan torpaqları olub) azərbaycanlıların istifadə etdiyi Azərbaycan əraziləri onların olub.
Yalnız Kəlbəcərin Ermənistanla 1980-lərərə qədər olan sərhədləri bərpa olunacaqsa, düşmən ölkənin çox böyük bir hissəsinə yüksəkliklərdən nəzarət edə biləcəyik. İndi bu proses tamamlanmaq üzrədir. Ermənistan gerçəyi qəbul etmək istəmir. Azərbaycansa öz ərazi bötüvlüyünü bərpa edib və sərhədlərini qoruyacaq.
Nə Qaragöl, nə Sorca mübahisəli ərazidir. Nəinki çox keçmiş, SSR vaxtında Azərbaycana aid ərazilərdir. Bu qədər sadə...
Elşad Eyvazlı,