Tural Qəlbinur cəmi 13 yaşı olarkən 6-cı sinifdə oxumalı olduğu halda "ekstern" yolu Azərbaycan Tibb Üniversitetinə daxil olmuş, 23 yaşında Tibb elmləri namizədi, 34 yaşında isə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Tural doktorun bir maraqlı hobbisidə var. Onun dediklərindən;
- Heyvanları qoruyaq, sevək lazımdır.. Onlara əziyyət verməmək, bu, həm də günahdır. Heyvanlara kömək edək. Yəni çətin vəziyyətdə qalmış heyvanları qoruyaq. Baxımını üzərimizə götürdüyümüz heyvanların yeməklərini, içməyini nizamlı verək lazımdır. Peyvəndlərini vaxtında edək.
- Mənim Benjaminim ağıllı bir itdir. Bilirsiniz, Itlər sahiblərini heç bir qarşılıq almadan sevirlər. Benjamin dünyanın ən sadiq itlərindən biri olması ilə yanaşı ağıllı və bir o qədər də vəfalıdır. Mən səfərdə olanda məndən ötrü yaman darıxır. Burda isə ailəmiz onun yardımcısı olur.
- Benjamin ailəmizə qarşı demək olar ki eyni xarakterə yanaşır. Uşaqları deyəsən məndən çox istəyir. Deyərdim ki, itlər sahiblərinə o qədər bağlıdırlar ki, hətta sahibi üçün özlərini fəda edərlər. Tarixdə ölümə belə gedə irlərdə olub.
- Oxumuşam ki, bir itin orta hesabla ömrü hardasa 15 ildir.
Onuda bilirəm ki, dost-sahibini dəyişdirmək itlər üçün ən çətin vəziyyətlərdən biridir. Hətta bəzi itlər sahibini itirəndə yada uzun müddət görməyəndə, yeyib içməkdən imtina edir. Ən sevdiyim filimlərdən biridə “Xatikodur”
- Tarix boyu itlər insanların yaxşı və sadiq dostlarıdır. Benjaminə görə özümdə çoxlu məlumat öyrənirəm ki, onun dilin yaxşı bilim. Bəzi ümumi biliklərlə sizinlə bölüşüm.
Qoxu alma duyğusu çox olan itlər ümumi olaraq k9 iti adlandırılır. Soyuq iqlimlərdə yaşayan itlər xizəklərə qoşularaq, insanları harasa aparmaq məqsədilə istifadə olunur. Bu cür itlər gündə 150 km yol getmə bacarığına malikdirlər. İnsanlar qədər olmasa da, itlər də üşüyür.
İtlərinizin tüklərini darayın. Bu, həm onların xoşuna gələcək, həm də aranızda bağ yaradacaq.Metal qablar yerinə plastik qablar istifadə edin. Soyuq hava günlərində itin dili qaba yapışa bilər. İsti hava günlərində isə qab isinib itin dilinin yanmasına səbəb olar. İtinizə zaman ayırmağa çalışın. Gündə ən az 2 dəfə çölə çıxıb gəzməsini təmin edin. Üzərinə sahibi ilə əlaqə qurmaq üçün məlumatları və adını yazın. Alimlər sübut ediblər ki, itlərin iybilmə qabiliyyəti birbaşa beynin müxtəlif nahiyələri ilə bağlıdır. Yəni, itlər dünyanı həqiqətən də burunları ilə görürlər. Akademik Pavlovun itlər üzərində apardığı təcrübələr zamanı şərtləndirmə nəzəriyyəsi üçün stimul yaranıb. Doktor İris Şoberl qeyd edir ki, ev heyvanları və onların sahibləri bir-birinin psixoloji uyğunlaşma mexanizmlərinə təsir edir. Lakin insanların heyvanlara daha çox təsiri var. Belə çıxır ki, sahiblər və itlər sosial cütlüklərdir. Və hər iki tərəf tərəfdaşın emosional vəziyyətinə həssasdır. İtlər isə insanlardan daha çox asılı olduqları üçün duyğuları əks etdirə və vərdişlərə yiyələnirlər.Heyvan üçün əvvəllər neytral olan və psixofiziki proseslərlə əlaqəli olmayan siqnal, nəticədə müəyyən bir reaksiyaya səbəb ola bilər. Məsələn, itlərin mədə şirəsi təkcə yemək iyini hiss etdikdə deyil, həm də heyvanın qabına doğru addımlayanda ifraz olunur. Yəni addımların səsi mədə şirəsinin sərbəst buraxılması, həzm prosesinin başlaması üçün bir siqnal olur. Araşdırma nəticəsində məlum olub ki, küçüklərin sahibləri onlara baxarkən, onlar daha çox üz ifadələrindən istifadə edirlər. Onların diqqətini cəlb edən yemək verilir, ya yox – fərq etmir. Buna görə, itlər üçün qida deyil, diqqət vacibdir. Eyni zamanda, itlər təhlükəni görür və eşidirlər, lakin nəyi səhv etdiklərini başa düşmürlər.
Hazırladı Tural Məmmədov.
Oxunub: 91