Uzun zamandır bir çox insan İmadəddin Nəsiminin məşhur qəzəlindəki "iki cahan" sözünü "ikən cahan" kimi təqdim edirlər. İlk dəfə bu iddalar hələ SSRİ dönəmində ortaya atılıb. Çünki,Nəsimi filosof kimi tanınsada şair kimi fəaliyyəti SSRİ dönəmində ortaya çıxıb. Daim dinsizliyi təbliğ edən Sovet hakimiyyəti bundan istifadə edərək Nəsimini "deist" kimi təqdim etməyə başladılar. Bu fikri gücləndirmək üçün "iki cahan" sözünü "ikən cahan" etdilər. Burada “iki cahan” deyilir.
Burada insanın maddi və mənəvi varlığı (dualizm) yox, dünya həyatı və axirət həyatı nəzərdə tutulur.
Nəsimi bu beytləri Allahın dilindən deyir.
“Gövhəri-la məkan mənəm” - yəni, məkansız gövhər mənəm. Fəlsəfəyə görə hər bir varlığın gövhəri (substansiya) var, torpaqdan tutmuş, bitkilər, arılar, və s.
“Kövnü məkana sığmazam” - yəni, yaradılış məkanına sığmazam. Allah məkan və zamandan xaricdir.
Son iki xüsusiyyət yalnız Allaha aiddir. Nəsimi müsəlman olduğuna görə, Allaha aid olan xüsusiyyətləri özünə şamil edə bilməzdi. Nəticə: Bu beyt Allahın dilindən deyilir, Allahı vəsf edir. Yəni Nəsimi ilə bağlı iki iddianın yalnış olduğu ortaya çıxır ki deməli, Nəsimi həm deist deyil, həmdə şeirdə "ikən" yox "iki cahan" deyir.
Həm də unutmamaq lazımdır ki Seyid Əli İmadəddin Nəsiminin irsi olaraq övliyalıq məqamı olub.
Həsənxan.
Oxunub: 1 120